Məşhur stilistin özünə ad günü hədiyyəsi-FOTOSESSİYA

Məşhur stilistin özünə ad günü hədiyyəsi-FOTOSESSİYA

Sabah tanınmış stilist Anar Ağakişiyevin 28 yaşı tamam olur. Özünə təmtəraqlı ad günü keçirməyi planlaşdırmayan stilist 30 illik yubileyini geniş şəkildə qeyd edəcəyini bildirib. Ad gününə Anar özü özünə hədiyyə hazırlayıb. SİA-nın mlumatına görə, stilistin yeni sayti fəaliyyətə başlayıb. www.stilistanar.com ünvanlı internet saytı ZNSstudio (www.znsstudio.com ) tərəfindən hazırlanıb.


Samir Yəhyazadənin dizaneri olduğu internet saytında stilistin əl işləri, çalışdığı kliplərdən, reklam çarxalarından görüntülər, fotolar eləcə də stilist barədə, qazandığı mükafatlar haqda məlumatlar, mətbuatda onun barədə yazılan xəbərlər və bir sıra maraqlı bölmələr yerləşdirilib.

Hər ay yenilənəcək saytın yaxın günlərdə İ PHONE üçün versiyasıda istifadəyə veriləcək. Ramazan ayı ilə əlaqədar tədbirlərin azaldığından istifadə edən Anar yaxın günlərdə istirahətə getməyi də düşünür.


Bu yaxınlarda Gürcüstandan dönən stilist istirahət üçün ilk olaraq Bodrumu seçib. Avqustun sonuna qədər Anar istirahət üçün Avropaya da getməyi planlaşdırır.


Bütün xəbərlər Facebook səhifəmizdə