Məşhur müğənni keçmiş duet ortaqlarının reklamına başlayıb - FOTOSESSİYA

Məşhur müğənni keçmiş duet ortaqlarının reklamına başlayıb - FOTOSESSİYA

Məşhur müğənni Roza Zərgərli Sevinc və Sevil Səfərova bacılarını öz himayəsinə götürüb. SİA-nın məlumatına görə, qızlar bundan sonra Sevinc və Sevil bacıları kimi deyil, "S-Twins" adlı duet kimi çıxış edəcəklər.


Roza Zərgərlinin rəhbərliyi altda fəaliyyət göstərəcək yeni tandem artıq "Reng Tap" adlı mahnı da yazdırıb. Bu mahnını isə Roza Zərgərli ilə Elnur Məmmədov birgə ifa etmişdilər.

"Bu, mənim ilk istehsalımdır. Sevil və Sevinc istedadlı qızlardır. Amma səhnədə batıb-gedirlər. Mən bu qızlarla bir çox mərasimlərdə birgə çıxış etmişəm. Onları öz himayəm altında götürmüşəm və onlara yaradıcılıq yolunda kömək edəcəm. Düşünürəm ki, mənim və prodakşın-ımızın köməkliyi ilə onlar yerli şou-biznesə baş vura bilib, məhşurluşa bilərlər. İnşallah uğurlu alınar. Bəlkə bizim birgə duetimiz də oldu", - deyə Roza bildirib.


Onu da əlavə edək ki, qızların piar işləri ilə həmçinin prodüser Sultan Qocazadə və Kamal Bilalov çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə