Özünü Sevda Ələkbərzadəyə bənzədən gənc müğənni erotik pozlar verdi - FOTOSESSİYA
Şou-biznesə can atan gənc müğənni Tahirə deyəsən bu sahənin nəbzini tutub. Gənc xanım erotik şəkillər çəkdirməklə tamaşaçıların diqqətini cəlb etməyə çalışır.
Tahirə Sumqayıtda kifayət qədər məşhur olduğunu iddia etsə də yerli şou-biznesdə onu tanıyan çox az adam var. Müğənniliyə başlayıb məşhur olmaq arzusu ilə yaşayan Tahirə SİA-ya etiraf edib ki, özünü uşaqlıqdan pərəstiş etdiyi əməkdar artist Sevda Ələkbərzadəyə bənzədir: "Sevda xanımı çox sevirəm. Uşaqlıqdan ona pərəstiş edirəm. Onun kimi zirvələrə qalxmaq mənim ən böyük arzumdur. Əslində mənim xarici görünşümü və ifa tərzimi ona bənzədirlər. Mən bununla fəxr edirəm. Çox istərdim Sevda xanımla tanış olum. O da hər kəsdən fərqlənir, mənim kimi".
Tahirə onu da əlavə edib ki, hazırda o, reper Nihan N –Lee-yə yeni duet yazdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB