Xəzər TV-də yayımlanan "İkinci sənət" verilişi hər buraxılışından sonra tamaşaçı auditoriyasını genişləndirir. SİA-nın məlumatına görə, "İncilər" media qrupunun ərsəyə gətirdiyi verilişdə məşhur simalar sənətlərini dəyişirlər.
Aparıcı Ahu Talıbqızının təqdimatında efirə çıxan verilişdə olduqca maraqlı anlar yaşanır. Verilişdə tanınmış insanlar fərqli peşələrdə çəkilir. Bütün xalqın tanıdığı və sənəti bəlli olan məşhurlar əslində digər peşəyə də sahiblənə bilərlər.
Çətin və ekstremal vəziyyətlərdə çəkilən verilişdə bu günə qədər çox tanınmış qonaq olub. Ağılagəlməz peşələrdə özlərini sınyan məşhurları izləmək üçün təqdim etdiyimiz fotosessiya daxil ola bilərsiniz.
Onu da qeyd edək ki, "ikinci sənət" verilişi hər həftənin çərşənbə günü saat 23:30-da Xəzər TV-nin efirində yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB