Gənc Azərbaycanlı müğənni Elvin Abbasov şou-biznesdə olduğu bu bir il ərzində aldadıldığı haqda söz açıq. SİA-ya açıqlama verən müğənni ilk addımlarını atandan fırıldaqçılara rast gəldiyi dilə gətirib.
"Adını çəkmək istəmədiyim məşhur bir prodüserin yalan vədlərinə aldandım. Qısa müddətdə 50 000 manatdan artıq pulumu külə sovurdu. Bu qədər pulun müqabilində nəticəyə baxanda hər kəs mənə yalnız: "Aldandın!" dedilər. İndiyədək də həmin şəxs mənə pul borcludur, amma onu qaytarmamaq üçün məndən gizlənir", – deyə Elvin dad elədi.
Peşmançılıqdan od püskürən Elvin bu sənətə gəlmək istəyənlərə məsləhət də verdi:
"Çox istərdim ki, başqa gənclər mənim kimi aldanmasın. Odur ki, heç kimin yağlı vədlərinə inanmasınlar. Mümkün qədər televiziya və radiolarla şəxsən əlaqə yaratsınlar. Öz pullarını üçüncü şəxslərə etibar etməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB