ABŞ-ın tanınmış aktrisası Uma Turman 3-cü dəfə ana olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən həftənin sonunda dünyaya göz açan körpənin gəlişi gözlənilməz olub. Uşaq planlaşdırmayan cütlük üçün bu yaxşı bir fürsət idi.
Xatırladaq ki, uşağın atası isveçrəli milyonçu Apard Byussondur. 2007-ci ildə görüşməyə başlayan cütlük 2011-ci ilin noyabrında ayrılsalar da keçən il yenidən birləşiblər. Artq 14 yaşlı qızı Maya və 10 yaşlı oğlu Levonu tərbiyə edən Uma deyib ki, o özünü sevdiyi insanla tam xoşbəxt hesab edir.
Ülvi Əsgərzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB