Səfurə Əlizadə Azərbaycan rejissorlarına klip çəkdirmək istəmir- FOTOSESSİYA-VİDEO

Səfurə Əlizadə Azərbaycan rejissorlarına klip çəkdirmək istəmir- FOTOSESSİYA-VİDEO

Dünən "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Safurə Əlizadə mətbuat nümayəndələrini başına toplayıb. SİA-nın məlumatına görə, müğənni "Paradise" mahnısına çəkilən 3-cü klipini təqdim edib. İsveçin Cinemavision şirkətinin çəkdiyi klip Stokholmda lentə alınıb. Klipi ərsəyə gətirən heyət daha öncə müğənninin "March on" mahnısını da ekranlaşdırıb. Rejissoru Peter P.Belwondur.


Mahnının musiqisi Səfurənin özünə, sözləri Ayan Əliyeva və Endri Sulajiyə aranjemanı isə Elvin Musayevə məxsusdur.


Mərasimdə az sayda məşhur qonaqlar olduğu kimi jurnalistlər də Səfurənin seçimi ilə dəvət olunmuşdu.


Mərasim öncə mətbuat konfransı ilə başlayıb. Klip təqdim olunandan sonra jurnalistlərin suallarını cavablandıran Səfurə bildirib ki, kliplərini ancaq xaricdə çalışan peşəkarlara həvalə edəcək. Müğənni bildirib ki, bir dəfə Azərbaycan rejissorlarına klip çəkdirib və bəyənməyib: "Azərbaycan rejissorunun çəkdiyi klipi üzə çıxartmadım. Çünki bunu bəyənmədim. Bu sözüm bütün yerli rejissorlara ünvanlanmır. Ancaq kliplərimi xaricdə, dəqiq desəm, İsveçdə çəkdirməyi üstün tuturam. Çünki məhz bu ölkə mənim fikirlərimi canlandıra bilir. Mən Azərbaycan rejissorları ilə işləməyəcəyəm".



Mətbuat konfransından sonra Safurə qonaqlar üçün mini-konsert də verib. O, çıxışı zamanı "Eurovision-2010" ifa etdiyi "Drip drop", "March on" kimi məşhur hitlərini canlı ifa edib.



Müğənninin dünya arenasına çıxan klipini yerləşdirdiyimiz videoda, mərasimdə baş verən ən maraqlı götüntüləri ilə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz.




Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə