Əməkdar artist Cahangir Novruzovla Samir Cəfərovu qonaq edəcək

Əməkdar artist Cahangir Novruzovla Samir Cəfərovu qonaq edəcək

Xəbər verdiyimiz kimi, Türkiyənin TRT Avaz kanalında Azərbaycanın əməkdar artisti Azərin tamamilə yeni formatda və yeni üslubda müəllif proqramı ilə efirə çıxacaq. SİA-nın məlumatına görə, tamaşaçıların səbirsizliklə gözlədiyi proqramın yayım tarixi açıqlanıb. Sabah yerli saatlar 22:00-da efirə çıxacaq verilişin ilk qonaqları da bəlli olub. Belə ki, müğənni ilə həmsöhbət olacaq simalar xalq artisti Cahangir Novruzov və Samir Cəfərov olacaq.


Verilişə şərh bildirmək istəyən tamaşaçılar isə əməkdar artistin facebook və twitter şəxsi səhifəsinə yaza bilərlər.


Xatırladaq ki, "Azərinlə bir Avaz" verilişi Müsəlman Türk Coğrafiyasının ortaq mədəniyyətini təbliğ edəcək. Proqram boyu təkcə Azərbaycan mədəniyyəti deyil, bütünlükdə Türk-müsəlman ölkələrinin mədəniyyəti, ədəbiyyyatı, musiqisi, tarixi barədə mütəmadi geniş məlumatlar veriləcək. Qonaqlar vasitəsilə türkdilli ölkələrin mədəniyyəti müzakirə olunacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə