Azərbaycanlı müğənni Rusiya toylarından çıxıb yerli şou-biznesə qayıdır-FOTO

Azərbaycanlı müğənni Rusiya toylarından çıxıb yerli şou-biznesə qayıdır-FOTO

Uzun zamandır yerli şou-biznesdən uzaq düşən məşhur müğənni Sabir Əhmədov yenidən səhnəyə qayıdır. Rusiya toylarına qoşulan müğənni Azərbaycan estradasınından uzaqlaşıb yalnız pul qazanmaqla məşğul idi. Nikolay Baskov, Filip Kirkorov, İqor Krutoy və İrina Dubsova kimi məşhurlarla dostluq edən Sabir Rusiya şou-biznesində kifayət qədər məşhur olduğunu da etiraf edib.


SİA-ya açıqlama verən Sabir hazırda vətənində yaradıcılıq işləri ilə məşğul olduğunu və dostlarının təkidi ilə yenidən şou-biznesə qayıtdığını dilə gətirib: "Rusiya toylarına aludə olub buradaki işlərimi saxlamışdım. Amma yaxın dostum Samir Xəttabın israrı nəticəsində yenidən iş başına keçdim. Samir həm dost kimi yanımdadır, həm də efir işlərimi aparacaq. Bundan sonra tamaşaçılar məni daha tez-tez görəcəklər".


Onu da qeyd edək ki, müğənni artıq bir neçə yeni mahnı da yazdırıb.


Məlumat üçün xatırladaq ki, Sabir "Голубка", "Джаным", "Единственная", "Я встретил девушку" kimi mahnıların ifaçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə