Yeni çəkilən "Çərpələng" filminin soundtrack-i hazırdır. Bu barədə SİA-ya filmin və klipin ideya müəllifi Tərlan Nur Yaşar məlumat verib. Onun sözlərinə görə, soundtrack-in sözləri və musiqisi Elvin Əhmədova məxsusdur.
Mahnını müğənni Emil Bədəlov ifa edib. Muğam hissəsini isə Elvin Əhmədov səsləndirib. Soundtrack-a klip də çəkilir. Rejissoru Faiq Kərimovun olduğu klipdə "Çərpələng" filmində oynayan aktyorların əksəriyyəti çəkilib.
Belə ki, Azər Axşam, Elməddin Cəfərov, Tərlan Nur Yaşar, Elnarə Təhməzova və başqaları klipdə rol alıblar.
T. Nur Yaşarın sözlərinə görə, klip tam hazır olduqdan sonra media üçün geniş təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, faciəvi-komediya janrında olacaq "Çərpələng" filminin ssenarisi "Arı" prodakşına məxsusdur. Bəxstiz adamın taleyindən bəhs edən filmin çəkilişləri noyabr ayında başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB