Məşhur aktrisa vəfat etdi-FOTO

"Oskar" və "Qızıl Qlobus" mükafatlarının sahibi, məşhur amerikalı aktrisa Selesta Holm 96 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Qeyd edək ki, tamaşaçılar onu 1947-ci ildə çəkilən "Centlemen razılığı" adlı filmdən tanıyıblar.


Məlumat üçün onu da bildirək ki, tanınmış aktrisa beş dəfə ailə həyatı qurub. Axırıncı dəfə isə o, 8 il bundan əvvəl 41 yaşlı müğənni Franka Bzaila ilə nikaha girib.


Nuranə Əmirova


Bütün xəbərlər Facebook səhifəmizdə