Şou-biz əhli onları belə əyləndirdi-FOTOSESSİYA

Şou-biz əhli onları belə əyləndirdi-FOTOSESSİYA

Paytaxtın dəbdəbəli məkanlarının birində "Super Pena Şou" adlı xeyriyyə tədbiri kiçirilib. SİA-nın məlumatına görə, mərasim 7 saylı əqli cəhətdən qüsurlu və kimsəsiz evinin sakinləri üçün təşkil olunub.


"Nigar" prodakşının təşkilatçılığı ilə baş tutan mərasimdə kimsəsiz uşaqlar evinə "CHERRY QQ" markalı avtomobil təqdim olunub. Böyük hədiyyənin açarlarını isə prodakşın tərəfindən gecənin fəxri qonağı, xalq artisti Brilliant Dadaşova təqdim edib.


Aparıcıları Samir Bayramlı ilə Rüfət Ağayevin olduğu tədbirdə bir çox tanınmış müğənnilər iştirak edirdi. Xalq artisti Brilliant Dadaşovadan sonra səhnəyə çıxan əməkdar artist Ədalət Şükürov, Almaz Ələsgərli, müğənnilər Zarina Məmmədova, Günay İbrahimli, "Şeron" qrupu və bir çox məşhur simalar kimsəsiz uşaqlar üçün ən sevilən mahnılarını ifa etdilər.


İfasını bitirən hər bir müğənni kimsəsiz uşaqlar üçün ayırdığı pul vəsaitini də təqdim edib.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə