Nura Bodrum tamaşaçılarını valeh etdi- FOTOSESSİYA

Nura Bodrum tamaşaçılarını valeh etdi- FOTOSESSİYA

Azərbaycanın tanınmış müğənnisi Nura Suri hazırda Türkiyənin istirahət mərkəzi olan Bodrumdadır. Müğənninin qardaş ölkədən SİA-ya verdiyi məlumata görə, Nuranın səfərinin əsas məqsədi kiçik oğlu Davidi həkim müayinəsindən keçirtmək olsa da o, "həm ziyarət həm ticarət" edib.

Belə ki, Nura Bodrum tamaşaçılarının qarşısında konsert proqramı ilə çıxış edib. 12 iyul tarixində Bodrumda "Rixosda Ada" məkanında türk sənətçilərindən sonra konsert proqramı ilə çıxış edib.

"Konsertdən sonra da bizi burda bir neçə gün qonaq etdilər. Hazırda uşaqlarım və Davidin dayəsi ilə dincəlirik",- deyə müğənni əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə