Məşhur aktrisa ikinci dəfə ana olacaq

Məşhur aktrisa ikinci dəfə ana olacaq

İspan kino ulduzu Penelopa Kruz yenidən ana olmağa hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı ulduz hamiləliyinin üçüncü ayını yaşayır. Tanınmış aktrisa bu yaxınlarda verdiyi müsahibəsində bildirib ki, oğluna qayğı göstərmək və ev işləri ilə məşğul olmaq ona xüsusi zövq verir.

Məlumat üçün bildirək ki, Penelopa və həyat yoldaşı Xavyer Bardem ikinci uşağının anadan olmasını böyük səbirsizliklə gözləyirlər.

Nurana Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə