Azərbayvcanın əməkdar artisti, müğənni Almaz Ələsgərli repertuarını yeniləyib. SİA-nın məlumatına görə, Almaz xanım sözləri əməkdar incəsənət xadimi Gövhər Həsənzadəyə məxsus "Mən səni sevirdim" adlı yeni mahnısını tamaşaçılara təqdim edib.
Əməkdar artistin artıq ifa etdiyi mahnının tarixcəsi uzun illərə söykənir. 15 il bundan öncə yazılan "Mən səni sevirəm" adlı mahnı yeni aranjemanda hazırlanıb.
Onu da qeyd edək ki, əməkdar artistlə bəstəkar Gövhər Həsənzadə arasında yaranan iş birliyi bununla bitmir. Tərəflər birgə albom üzərində çalışırlar. Albomda Almaz Ələsgərlinin ifasında eşitdiyimiz Gövhər Həsənzadənin bəstəsi olan bütün mahnılar yer alacaq.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB