Məşhur müğənni: “Pəncərədən otağıma girən qızlardan xoşum gəlmir”-MÜSAHİBƏ

Məşhur müğənni: “Pəncərədən otağıma girən qızlardan xoşum gəlmir”-MÜSAHİBƏ

Məşhur müğənni Dima Bilan öz həyatından, gerşəkləşməmiş toyundan , pul və paxıllıq haqqında maraqlı müsahibə verib. SİA Rusiya saytına istinadən müsahibəni təqdim edir:


- Dima, sizin bu yaxınlarda "Oт хулигана до мечтателя" ("Avaradan xəyalpərəstə") adlı kitabınız işıq üzü görüb. Onu özünüz yazmısınız?



-Siz şirin çörək haqda lətifəni bilirsiniz? Demək belə, bizdə də bütun çörəklər təzədir. Mən kitabı özüm yazmışam. Amma mətnlərin üzərində redaktor işləyib. Mən də istəyirdim ki, kitabı tez yazım, amma prodüserim məni tələsdirdi.


- Yəqin ona güzəştə getmək olar. çünki o, sizin karyera üçün böyük işlər görüb.


-Bilirsiniz, məni hər zaman gənc, nankor, özündən razı və heç nə etmək istəməyən biri adlandırıblar. Təbii ki, mən Qnessin adlı təhsil müəssisəsinin tələbəsiyəm. Mən müəllim və valideynlərimə borcluyam.


-Bu günə qədər əməkdar və ya xalq artisti adına layiq görülmədiyinizin səbəbini bilirsiz?


- Yəqin mən hələ ona layiq deyiləm. Mən elə oğlanam ki, ölkəmi təmsil etmək üçün "Eurovision" müsabiqəsinə getdim və layiqincə iştirak etdim. Amma Filip Kirkorov və Ani Lorak bu müsabiqəyə gedib, qalib ola bilmədilər. O, hətta Prezident Yuşenkonun əli ilə əməkdar artist adına layiq görüldü. O, Ukrayna müğənnisini özü ilə müsabiqəyə aparıb. Amma mən tək idim. Mənə prezident Dmitri Medvedyev zəng vurub. Düşünürəm ki, bu tanınmaq üçün yaxşı fürsət idi.


- Hansı yazıçılar sizi incəsənətə cəlb edir və siz nəyi oxumağı sevirsiniz?


- Məhşur insanların avtobioqrafiyasını oxuduqca anladım ki, bunları bilmək lazımdır. Andrey Mironov, Nonni Mirdükova, Enriko Karuzoni oxumuşam. Bu yaxınlarda Axmatovanın şeirlər kitabını almışam.Vaxtım olsa oxuyacağam.


-Nə vaxt ailə həyatı quracaqsınız?


- Mənim üçün ailə həyatı bir ideallıqdır. Anladım ki, insanın başına bir iş gəlsə, onun üçün həyat yoldaşı döyüşər. Bunu mən valideynlərimdən görmüşəm. Mən istədiyim zaman evlənməliyəm. Bunu əvvəllər istəyirdim, indi yox. Ola bilsin ki, 30 yaşımdan sonra evlənim. İnanıram ki, macəralarım çox olacaq. Çünki həyat şən və mehriban olmağı söz verir.


-Xanımlarda hansı keyfiyyətlər sizi qane etmir?


- Qızların qostrol zamanı pəncərədən otağıma gəlmələri xoşuma gəlmir (gülür). Başa düşmürəm, niyə bunu edirlər? Onlar məndə nə tapıblar, nə istiyirlər?


- Əslində bu çox sadədir. Siz cavan, şöhrətli və zənginsiz. Yeri gəlmişkən, qonararınız nə qədərdir?


- Bilmirəm sizə necə cavab verim. Mən yaxşı bilirəm zəhmət və əmək nədir. Deyə bilmərəm ki, çox zənginəm. Amma orta səviyyədən bir az yuxarıdayam. Təəssüflər olsun, bizdə Amerikadakı mədəniyyət yoxdur. Bizdə varlı insanlara paxıllıqla yanaşırlar. Zəngin və kasıb insanlar arasında uçurum var. Onlar günahkar deyillər ki, kiminsə bəxti gətirir, kiminsə yox.


- O paxıllıq sizə heç zərər gətirib? Bəs, siz nə vaxtsa kiməsə həsəd aparmısınız?


-Olub, öz atam. Onun çox gözəl yumor qabiliyyəti var. O, heç vaxt problemlərinə ciddi yanaşmır və həmişə zarafat edir. Mən ondan nümunə götürürəm və belə yaşamaq asan olur.


Nuranə Əmirova


Bütün xəbərlər Facebook səhifəmizdə