Gənc və yaraşıqlı müğənni Elvin Abbasov imicində dəyişiklik etmək qərarına gəlib. SİA-nın məlumatına görə, yay fəslindən istifadə edən müğənni arıqlamaq qərarına gəlib. Bunun üçün o, gün ərzində yalnız bir dəfə qidalanmağa qərar verib. Bundan başqa gənc ifaçı gün ərzində 2-3 litr su içməyi qarşısına məqsəd qoyub. Buna səbəb Elvinin yeni imicə sahib olmaq istəyidir. Onun sözlərinə görə, sağlam həyat tərzi həm də gözəl görünməyin açarıdır.
10 kq-dan artıq çəkidən azad olmağı qarşısına məqsəd qoyan müğənni bu arzusuna çatan kimi yeni mahnısına klip də çəkdirməyə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB