12 iyul tarixində Nigar prodakşının təşkilatçılığı ilə 7 saylı əqli cəhətdən qüsurlu uşaq evində xeyirə tədbiri keçiriləcək. Bu barədə SİA-ya tədbirin təşkilatçısı Hamlet Cahangirli məlumat verib.
"Mega Super Pena Şou" adlı mərasimdə tanınmış müğənnilərin çıxışı ilə möhtəşəm konsert proqramı təşkil ediləcək. Gecənin fəxri qonaqları- xalq artisti Brilliant Dadaşova və əməkdar artist Ədalət Şükürovla yanaşı müğənnilər Zarina Məmmədova, Gülay Zeynalova, Ramal İsrafilov, Almaz Ələsgərli, Günay İbrahim, Aslan Hüseynov, Cəmilə, Cəmil Dadaşov, Lamiyə Novruzova və başqaları iştirak edəcək.
Təşkilatçının sözlərinə görə, məxsusi olaraq mərasim üçün Moskvadan DJ Alex də gəlir. Onunla bərabər bizim DJ Fanur da çıxış edəcək.
Gecənin aparıcıları ATV-nin tanınmış simaları Samir Bayramlı, Rüfət Ağayev və Afaqdır.
Onu da qeyd edək ki, tədbirin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA.AZ) məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB