Gövhər Həsənzadə, Almaz Əsgərova və Yaşar Baxış bir arada

Gövhər Həsənzadə, Almaz Əsgərova və Yaşar Baxış bir arada

Müğənni Almaz Ələsgərli, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə və peşəkar aranjemançı Yaşar Baxış yeni layihə üzərində çalışırlar. Bəstəkar Gövhər Həsənzadənin SİA-ya verdiyi məlumata görə, sözləri Cəlal Qubanova aid olan birinci mahnı "De, nə zaman qayıdacaqsan" adlanır. Qəliz və mürəkkəb alınan bu mahnının hazırlanması çox uzun vaxt aparıb. Fərqli aranjeman mahnının effektini daha da artırıb.Artıq mahnı tamamlanıb və radio dalğalarına təqdimatı başlanıb.


Sözləri Gövhər Həsənzadəyə aid olan ikinci mahnıya isə bu gün start verilib. "Mən səni sevirdim" adlanır. Bosonova stilində yazılan mahnı həzin motivlər üzərində qurulacaq.


Üçüncü mahnının da sözləri Gövhər Həsənzadəyə aiddir. Əslində bu mahnı üzərində iş birliyi 15 il öncə olub. Təkrar mahnı yeni versiyada hazırlanacaq.


Daha sonra üçlük bu iş çalışmasını albom üzərində davam etdirəcək. Almaz Ələsgərovanın ifasında Gövhər Həsənzadənin mahnılarından ibarət, aranjemanı Yaşar Baxışa aid olan mahnılar toplusundan albom buraxılacaq. Abom üçün mahnıların seçımı payızda başlayacaq.


İyulda Gövhər Həsənzadənin Türkiyəyə və Avropanın digər şəhərlərindən birinə səfəri gözlənilir. Hər iki səfər yaradıcılıq ilə bağlıdır. Bu barədə daha geniş məlumat Gövhər xanım səfərdən qayıtdıqdan sonra veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə