Məşhur aktyor anasını təhdid edib

Məşhur aktyor anasını təhdid edib

Məşhur kinorejissor və aktyor Mel Gibson ailə problemləri yaşayır. SİA xarici məbuata istinadən xəbər verir ki, aktyorun 78 yaşlı ögey anası Teddi Con Gibson polisə ərizə yazaraq bildirib ki, Mel onun üzünə tüpürərək bir neçə dəfə təhdid edib. Öz təhlükəsizliyinə görə narahat olan Teddi əlavə edib ki, Gibsonu onun yaxınlığına belə buraxmasınlar.


Onu da xatırladaq ki, Mel əvvəllər də atasının müalicəsinə ciddi yanaşmadığına görə ögey anası ilə tez-tez konflikt yaşayırdı. Qadının fikirlərini dinləmək istəməyən və ona kobudluq edən aktyorun ailə problemi məhkəməyə qədər uzanıb.


Məlumat üçün bildirək ki, məhkəmə prosesi gələn ay gözlənilir və aktyorun yaxınları baş verənlər barədə şərh vermirlər.


Əmirova Nuranə


Bütün xəbərlər Facebook səhifəmizdə