Azərbaycanlı müğənni Monteneqroda 2-ci yer tutub-FOTO

Azərbaycanlı müğənni Monteneqroda 2-ci yer tutub-FOTO

Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni Seyran İsmayılxanov Monteneqroda keçirilən "Suncaneskale" mahnı festivalında iştirak edib. Ölkəmizi təmsil edən müğənninin SİA-ya verdiyi məlumata görə, festivalda sözləri və musiqisi özünə aid olan "Let the Sunshine" mahnısı ilə çıxış edib. Festivalda iştirak edən 24 ölkə təmsilçisi arasında Seyran 2-ci yer tutub. Bildirdiyinə görə, Türkiyə təmsilçisi J-DA təxəllüslü müğənni "Gəl-gəl" adlı mahnısı ilə 1 xal Seyranı geridə qoyaraq, festivalın qalibi olub. "Özüm 1-ci yer tuta bilməsəm də sevinirəm ki, məhz qardaş ölkə Türkiyənin təmsilçisi qalib oldu. J-DA karyerasına yeni başlayıb və ilk dəfədir ki, hansısa mahnı festivalında iştirak edir. Onunla dostluq münasibətimiz yaranıb. Mənim kimi onun da karyerasında ən böyük arzusu ölkəsini Eurovision mahnı yarışmasında təmsil etməkdir. J-Daya uğurlar diləyirəm"-deyən Seyran bildirdi ki, festivalın ən çox bəyənilən mahnısı olaraq ifa etdiyi "Let the Sunshine" mahnısı Monteneqronun ən populyar radio dalğalarında səslənməkdədir.


Bütün xəbərlər Facebook səhifəmizdə