Nazənin istirahət üçün hansı ölkəyə üz tutur?

Nazənin istirahət üçün hansı ölkəyə üz tutur?

Müğənni Nazənin bu yayı ailəsi ilə birlikdə əvvəlcə Gürcüstanda istirahət etməyi düşünür. Batumidə istirahət mərkəzlərindən birində bir həftə istirahət etməyi planlaşdıran sənətçi daha sonra Türkiyəyə yollanacaq.

Yay istirahətindən SİA-ya danışan sənətçi: \"Hər il olduğu kimi bu il də ailə üzvlərimlə birlikdə Türkiyədə istirahət etməyi düşünürəm. Gürcüstanda bir həftə istirahətdən sonra Türkiyəyə yollanırıq. Qarşıdan orucluq ayı gəlir. Heç kimə sirr deyil ki, sənət adamları əsasən elə bu vaxtlarda bir az istirahət etməyə vaxt tapırlar. Allah qoysa mən də ailəmlə 10-15 gün Bodrumda, Antalyada istirahət etməyi nəzərdə tutmuşuq. Sözün düzü, Türkiyəyə səfərim həm ziyarət, həm ticarət xarakteri daşıyır. Arada imkan tapsaq, Türkiyənin bəzi prodakşınları ilə iş görüşmələrimiz nəzərdə tutulub. Bəzi mahnılarım var ki, onlar Türkiyədə aranjeman olunacaq\",- deyə əlavə edib.

Ancaq bu o demək deyil ki, sənətçi istirahətə başı qarışdığından yaradıcılığında tənbəllik edəcək. Sənətçi avqust, sentyabr aylarında yaradıcılığında yeniliklər etməyi də planlaşdırıb. Müğənni mahnı boxçasını yeniləməyi düşünür. Bir neçə bəstəkardan yeni mahnılar alan sənətçi yaxın zamanlarda onları lentə aldıracaq.

İlin sonunda isə Nazənin solo konsert verəcək. Konsert barədə isə hələlik danışmağın tez olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə