Məşhur aktrisa niyə bu hala düşdü?

Məşhur aktrisa niyə bu hala düşdü?

İki ildir sarı saçları ilə "Adını Feriha Koydum" serialında Hande obrazını canlandıran məhşur Türk aktrisası Ceyda Atəş yeni çəkiləcək serial üçün imicini dəyişdirib. SİA-nın turk mətbuata istinadən verdiyi xəbərə görə, aktrisa Atəş son vaxtlar ekranlara gələcək Orxan Kamalın əsərinə çəkilən yeni "Evlərdən Biri" serialı üçün saçlarını qaraya boyadıb.


Serialdakı yeni imicini çox bəyəndiyini ifadə edən Atəş bu sözləri dedi: "Həm ailəm, həm də yoldaşlarım mənə bu saç rənginin çox yaraşdığını söyləyir. Serialdakı Nursen rolunu də çox sevdim. İdeallarına qovuşmaq və məktəbini bitirmək üçün mübarizə aparan gənc qızı bütün Türkiyənin çox sevəcəyinə inanıram".


Məlumat üçün bildirək ki, yeni çəkiləcək "Evlərdən Biri" serialının ssenarisi Hakan Haksun və Müjdan Kayserlinə məxsusdur. Musiqilərini isə Fahir Atakoğlunun oxuyacağı seriala Ceyda Atəşlə birgə Özgür Çevik, Barış Aytaç, Şəmsi İnkaya ve Mehtap Bayrı tərəfdaş kimi rol alacaqlar.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə