Daha bir ifaçı professional səhnəyə iddialıdır-FOTOSESSİYA

Daha bir ifaçı professional səhnəyə iddialıdır-FOTOSESSİYA

\"Xalq ulduzu - 2007\"-nin iştirakçısı Nərgiz Mehdiyeva yenidən professional səhnədə görünmək niyyətindədir. SİA-nın məlumatına görə, Nərgiz hazırda repertuarı üzərində ciddi çalışır. Müsabiqədə iştirakı zamanı kifayət qədər tamaşaçı sevgisini qazanan müğənni yeni mahnılar lentə aldırıb. Nərgiz bəstəkarlardan Tahir Əkbər və Elçin İmanovla işbirliyi qurub.


\"Xalq ulduzu\"nun iştirakçısı müsabiqə bitdikdən sonra efirlərdə görünməməyinin səbəbini belə izah etdi: \"Müsabiqədən sonra istədim ki, öz repertuarımla tamaşaçı qarşısına çıxım. Bir də ki əsl sənətçi qalmaqallarla yox, mahnıları, yaradıcılıq işləri ilə yadda qalmalıdır. Mən bu sənətdə hələ sözümü deməmişəm. Bilirəm ki, bunun üçün mütləq zəhmət çəkmək lazımdır. Ona görə də görünmək xatirinə efirlərə çıxmaq istəmirəm. Allah qoysa, sentyabrda yeni layihələr, yeni bəstəkar mahnıları ilə efirlərdə görünəcəyəm. Hələlik isə bircə onu deyə bilərəm ki, yaradıcılıq axtarışım davam edir. Payız aylarında yeni klip və bir neçə maraqlı layihələrimlə tamaşaçıların qarşısına çıxacağam. Klip haqqında indidən çox danışmaq istəmirəm. Təqdimat mərasimi keçirməyi düşünürəm. İlk qonaqlarım isə mətbuat nümayəndələri olacaqlar. Mənə elə gəlir ki, yaradıcılıq tələsikliyi sevmir\".


Nərgiz bundan əlavə ilk albomunu da payızda təqdim etməyi düşünür. Sentyabrın sonları isə N. Mehdiyeva Sumqayt şəhərində ilk solo konsertini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə