Tanınmış müğənni xəstəxananın pəncərəsindən qaçıb

Tanınmış müğənni xəstəxananın pəncərəsindən qaçıb

Rusiyanın tanınmış müğənnisi Viktoriya Dayneko bir neçə gün bundan öncə kəskin zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənninin Almatı şəhərində baş tutan konsertindən sonra vəziyyəti pisləşərək hərarəti yüksəlib və qarnında kəskin ağrılar başlayıb.


Təcili tibbi yardım alan müğənni bir neçə müddət həkimlərin nəzarəti altında olub. Ona xəstəxananı tərk etmək qadağan edilib.


Lakin dəliqanlı müğənni bir yerdə qərar tapa bilmədiyi üçün xəstəxananın pəncərəsindən qaçıb. Rusiya mətbuatının paparazziləri qeyd edir ki, Viktoriya sözügedən "qaçış"a uzun zaman hazırlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə