Bir vaxtlar "Bəxtsiz Gəlin"i ilə təkcə Azərbaycanda deyil, hətta Türkiyədə də populyar olan Vüsal Əliyev səhnəyə qayıdır. SİA-nın məlumatına görə, zamanında lirik mahnıları ilə məşhurlaşan Vüsal Əliyev xeyli müddətdir sənət aləmində gözə dəymirdi. Hazırda Moskvada yaşayan sənətçi bu müddət ərzində yeni mahnılar hazırlayıb. Vüsal açıqlamasında bildirib ki, yaradıcılıq fəaliyyətində bir müddət boşluq hiss olunsa da qayıdışı şou-biznesdə səs-küysüz ötüşməyəcək.
Vüsal Əliyevin bu yaxınlarda \"Səbuhi\" səsyazma studiyasında yeni albomu işıq üzü görəcək. O, albomun təqdimat mərasminə media nümayəndələrini də dəvət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB