Keçmiş sevgilisini yadına salan müğənni özünü öldürmək istədi-EKSKLÜZİV-FOTOSESSİYA
Azərbaycanın tanınmış müğənni-aparıcısı Sevinc Ağaşirinova yaman cəsarətli xanım imiş. Müğənni yaxtada gəzməyə çıxdığı zaman SİA-nın fotokamerasına tuş gəlib. Xəzər dənizinə baxaraq xəyala dalan Sevincdən nə fikirləşdiyini soruşduğumuz zaman o, maraqlı açıqlama verib.
"Keçmiş sevgilim yadıma düşüb. Özümü dənizə ata bilərəm",-deyən müğənni yüksək tonla gülüb.
Sözlərini bitirən ifaçı "min oyundan" çıxmağa başlayıb. Sevinc gah gəminin son nöqtəsinə çıxaraq "Titanikdəki kimi edəcəyəm",-deyərək özünü dənizə atmaq istəyib, gah da ayaqqabılarını çıxarıb poz verməyə başlayıb.
Müğənninin nə etmək istədiyini anlamasaq da keçmiş sevgilisinə az qala nifrət etdiyini sezmiş olduq.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB