SİA xəbər verir ki, son günlər yaradıcılığı üzərində dayanmadan işləyən müğənni Niyam Salami yenidən pərəstişkarlarını sevindirib. Bu dəfə o, bu yayın hiti adına tam namizəd olan bir mahnı təqdim edib. Sözləri Ülviyyə Alovluya, musiqisi Rəhim Rəhimliyə məxsus mahnının adı "Subaylıq - Sultanlıq"dır.
"Subaylıq - Sultanlıq" mahnısına yazdığım sözləri musiqinin ritminə uyğun olaraq şən əhval-ruhiyyədə görmək istədim. Amma bununla bahəm mövzunun da aktual olmağı vacib idi. Ona görə də, mövzu "subaylıq" oldu. Bu mahnı həm sevib evlənə bilməyənlərin, həm də ümumiyyətlə, sevgisi nakam qalanların təsəlli mahnısıdır. \"Hər ayrılıq bir başlanğıcdır\"-deyirlər, nakam sevgiyə görə ölməyə dəyməz. Subaylıq – sultanlıqdır və mümkün qədər bunu doyunca yaşamaq lazımdır. Hər kəsin öz bəxti var, nə vaxtsa gəlib çıxar", – deyə şairə Ülviyyə Alovlu gülərək açıqlama verdi.
Tezliklə klipi də çəkiləcək "Subaylıq - Sultanlıq" mahnısını ilk olaraq SİA oxucularına təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB