Azərbaycanın əməkdar artisti Firuzə İbadova şou-biznes əhlindən danışıb və zəif ifaçıların çox olduğunu deyib. Firuzə xanım muğam oxuyanlar müğənnilərin qarşısında baş əyməyə belə hazır olduğunu söyləyib. SİA-ya açıqlama verən Firuzə İbadova bunları deyib: "Azərbaycan estradasında həddindən artıq zəif oxuyanlar var. Lakin buna baxmayaraq hər zaman onlara hörmətlə yanaşmışam. Çünki onlar da azəri balasıdırlar. Muğam ifa edən xanəndələrimizin qarşısında baş əyirəm".
İbadova xanım bir nömrəli ifaçılardan danışaraq onların adlarını açıqlayıb: "Azərbaycan da bir nömrəli müğənni xalq artistlərindən İlhamə Quliyeva, Flora Kərimova, Zeynəb Xanlarova, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Nisə Qasımova, əməkdar artistlərdən Sevda Ələkbərzadə, Aybəniz Haşımova və bir çox müğənnilərimiz var ki, sənətlərinə böyük hörmət edirəm",-deyə müğənni xanım bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB