Məşhurlar müəllim ordusunun qarşısına necə çıxdı?-FOTOSESSİYA

Məşhurlar müəllim ordusunun qarşısına necə çıxdı?-FOTOSESSİYA

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetininin tələbələri məzunlar gününü qeyd ediblər. SİA-nın məlumatına görə, tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov çıxış edərək məzunlaırı təbrik edib. Rektorun çıxışından sonra universitetin digər müəllim və professorları çıxış edərək təhsilini fərqlənmə diplomu ilə başa vuran məzunları səhnəyə dəvət ediblər.


Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin təşkilatçılığı ilə bədii hissə başlayıb.


Bir çox tanınmış müğənnilərin çıxışı ilə keçirilən tədbirdə əməkdar artist Elza Seyidcahan, müğənnilər Niyammədin Səlami, Zarina Məmmədova, Yaşar Yusifov, gənc ifaçılar Nurlan Əhməd, Fərid Mərd, Elşad və digərləri var idi.


Məşhurlar musiqi parçalarını ifa etdikdən sonra məzunlara ürək sözlərini də bildiriblər.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə