Azərbaycanlı müğənni kimləri günahlandırdı?

Azərbaycan estradasının şıltaq müğənnisi Günel Ələkbərova həmkarlarından fərqli olaraq yaşlı nəslin nümayəndələrindən söz açıb. Günel yaşlı nəslin ifaçılarını günahlandırmaqdan belə çəkinməyib. O, illərin müğənnilərinə məsləhət verib. SİA-ya açıqlama verən xanım müğənni xalq artistlərimizin toxunulmaz olduqlarını yaşlı nəslin nəzərinə çatdırıb: "Bəzi yaşlı nəslin ifaçıları özlərini reklam etdirmək üçün cavanlarla qalmaqal yaradırlar. Mənim fikrimcə, reklam xatirinə dalaşmaq lazım deyil. İllərin müğənnilərinin qalmaqal yaratması heç də düzgün deyil. Bir məsələni də söyləyim ki, xalq artistlərimiz toxunulmaz olsalar da ancaq yenə də ifaçılar onlardan əl çəkməyərək söz atır",-deyə ifaçı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə