Teleaparıcının sualından aktyor özünü itirdi

Teleaparıcının sualından aktyor özünü itirdi

Türkiyənin tanınmış aktyoru Murat Yıldırım çətin anlar yaşayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Murat bəy qonaq qismində dəvət aldığı verilişlərdən birində "Tuba Büyüküstünlə eşq məcarası yaşamısınızmı?"- sualını eşitdikdə özünü itirib. M.Yıldırım veriliş boyu sözügedən məsələyə aydınlıq gətirib: "Bizim aramızda heç vaxt sevgi münasibətləri olmayıb. Hazırda Tuba xanım da, mən də evliyəm. Onun həyat yoldaşı Onurla da yaxşı münasibətdəyəm. Tuba xanım və həyat yoldaşı Onur mənim çox sevdiyim dostlarımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə