Məşhur müğənnilər məzunları belə təbrik etdi-FOTOSESSİYA

Azərbaycan Tələbə Gənclər Təşkilatı Birliyi 2012-ci ilin məzunları üçün məzun gecəsi təşkil edib. SİA-nın məlumatına görə, tədbirdə ölkədə fəaliyyət göstərən hər bir universitetdən olan məzunları iştirak edib.


Dəbdəbəli otellərin birində baş tutan mərasimdə ən çox əziyyət çəkənlərdən biri də Nicat Nəcəfzadə olub. Məhz onun dəvəti ilə Azərbaycan estradasının məşhur simaları deyilən məkana toplaşaraq məzunları təbrik ediblər.


Onu da vurğulayaq ki, Kamalə Piriyevanın aparıcısı olduğu tədbirdə səhnəyə çıxan müğənnilər arasında əməkdar artislər Abbas Bağırov, Lələ Məmmədova, müğənnilər Zarina Məmmədova, Günay İbrahimli, Yaşar Yusifov və Milli Konservatoriyanın tələbələri var idi.


Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə