\"İmperator\" 1 milyondan imtina etdi

Türk musiqisinin imperatoru İbrahim Tatlıses həkimlər icazə vermədiyinə görə, səhnəyə çıxmır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bütün yaradıcılıq işlərini yarımçıq qoyan İbrahim bəyə otel sahibinin birindən konsert vermək təklifi gəlib. Otel rəhbəri müğənniyə 1 milyon pul verəcəyini söyləyib. Ancaq İbrahim Tatlıses otel sahibinin təklifini rədd edib. İmperatordan "yox" cavabı alan otel sahibi şoka düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə