Cavan ifaçılara irad bildirən tapıldı

Azərbaycan estradasının tanınmış klipmeykeri Nail Naiboğlu cavan müğənnilərdən danışıb. Klip çəkilişlərindən xəbəri olmayan cavan ifaçılara irad bildirib. Tanınmış müğənnilərlə bu zamanadək heç bir problem yaşamadığını söyləyib. SİA-ya açıqlama verən Nail bunları deyib: "Bu vaxtadək şou-biznes əhli ilə heç bir problemim olmayıb. Ancaq tanınmamış müğənnilərlə hər zaman problem yaşamışam. Klip çəkilişlərindən xəbəri olmayan ifaçılar olanda mübahisəmiz yaranır. Çünki heç nədən xəbərləri yoxdur. Onu da deyim ki, müğənnilərin nazı ilə oynamaq biz rejissorların borcudur",-deyə rejissor bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə