Mənsum İbrahimovun tələbəsi: “Bir məqsədim var...”-FOTO

Mənsum İbrahimovun tələbəsi: “Bir məqsədim var...”-FOTO

Xalq artisti Mənsum İbrahimovun tələbələri də ustadları kimi peşəkar musiqi ilə məşğul olmağa üstünlük verirlər. Onlar da müəllimlərinin yolunun davam etdirərək ciddi musiqi ilə məşğuldurlar.


SİA-nın məlumatına görə, Mənsum İbrahimovun tələbəsi Şaiq İbayev səhnə fəaliyyətinə ustadının xeyir duası ilə başladığını bildirir: "Bir qup gənc xanəndələrimiz var ki, biz məhz Mənsum İbrahimovun xeyir duasını alaraq sənətə gəlmişik. Bu, üzərimizə böyük məsuliyyət qoyur. Ustadımızın bizə əsas bir tövsiyyəsi olub. Əsl sənətkar olmaq üçün çalışmaq, axtarışda olmaq, zəhmət çəkmək lazımdır. Muğam ciddi musiqi janrıdır. Çalışmaq lazımdır ki, hər zaman xanəndə adını doğruldasan. Qalmaqallar, yeri gəldi, gəlmədi efirlərdə görünmək xanəndələrə, xüsusilə gənc ifaçılara yaraşmaz. Bir məqsədim var. Azərbaycan səhnəsində ciddi, hörmətlə qəbul olunan xanəndə kimi tanınım. Bilirəm ki bu asan deyil. Ancaq ümüd edirəm ki, bir gün ustadım kimi məni də sevəcəklər. Şansımız onda gətirib ki, Mənsum İbrahimov, Təyyar Bayramov kimi xanədələrdən dərs almışıq".


Yeri gəlmişkən onu da xatırladaq ki, Şaiq İbayev Heydər Əliyev adına Sarayda keçirilən "Gəncləşən muğam" adlı konsert proqramında iştirak edib. Şaiq İbayev albom buraxdırmağa hazırlaşır. Alboma seygah muğamı, təsniflər və xalq mahnıları daxil ediləcək. Gənc xanəndənin ilk muğam albomu sentyabra nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə