Səidə Sultanın arzusu “gözündə qaldı”

Azərbaycanlı müğənni Səidə Sultan keçmişdə yaşadığı eşq məcərasından danışıb. Başına gələn hadisələri açıb-töküb. Özünə toy çaldırmağa hazırlaşan Səidə arzusunun ürəyində qaldığını söyləyib: "Toyumun olmasına az qalmışdı. Ancaq bu mərasim baş tutmadı. Çünki xəyal etdiyim ailə həyatını o insanda görə bilmədim. Mən demirəm ki, məndən yoxdur və ya ideal insanam. Hər kəsin səhvi olur. Sadəcə olaraq sonumuz olmayacaqdı. Nə vaxtsa ya o məni, ya da mən onu öldürəcəkdim. Ona görə də bu münasibətin sona yetməsi məsləhət idi və bitdi",-deyə Səidə Sultan etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə