Sərdar Ortaca hücum edən qızlar - FOTOSESSİYA

Sərdar Ortaca hücum edən qızlar - FOTOSESSİYA

Həftəsonu paytaxtımızın qonağı olan Türkiyənin məşhur müğənnisi Sərdar Ortacın Heydər Əliyev Sarayında baş tutan konserti ilə bağlı xəbər vermişdik. SİA-nın məlumatına görə, müğənni təkcə sarayın səhnəsinə çıxmaqla kifayətlənmədi. O, tamaşaçılarla ünsiyyətdə olmağa da çalışdı.


Sərdarın xanım pərəstişkarları isə hər zaman olduğu kimi ona hücum etdilər. Kübarlıq göstərən Sərdar fanatlarını ondan ayırmağa çalışan mühafizəçilərə müdaxilə etməmələrini istədi. Müğənni ilə şəkil çəkdirmək üçün "döyüşən" fanatlar ona sarılmaq fürsətini də əldən vermədilər.


S.Ortac zalda əyləşən tamaşaçılar arasında gənc müğənni Zarina Məmmədovanın yanında dayanıb oxudu. Bundan Zarinanın özü də xeyli təəccübləndi.


Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə