Azərbaycanın tanınmış simaları Rəqqasə Fatimə Fətəliyeva və müğənni Kərim Abbasov "Rəngarəng" verilişinin ad günündə özlərinə əl qataraq doyunca rəqs etdilər. SİA-nın fotokamerasına tuş gələn cütlük sözün əsl mənasında gecədə əyləşən insanları təəccübləndirdilər. Hər şənlikdə öz rəqsləri ilə həmkarlarına meydan oxuyan Kərim bu tədbirdə də Fatiməni əməlli-başlı yordu. Oynayan zaman Kərim dizini yerə qoydu. Fatimə isə naz- qəmzə ilə başına fırlandı. Hər kəsin gözləri önündə rəqs edən cütlük zalda əyləşənləri əyləndirə bildilər. Azərbaycanın milli rəqsi olan "Cütcü" musiqisini oynayan Kərim və Fatimə gecəyə rəngarənglik qatdılar. Fatimənin qara uzun libasının ayağının altında qalıb ona mane olmasına baxmayaraq rəqs etməkdən doymadı və sözügedən musiqini axıradək oynadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB