Azərbaycan estradasının gənc müğənnisi Leyla Ramazanlı bir neçə gün bundan öncə Xızı rayonunda uşaqların sevimli musiqisi olan "Cücələrim" mahnısına klip çəkdirib. Bu haqda SİA-ya Leylanın meneceri Ceyhun Məhərrəmov məlumat verib. "Mahnını çox fərqli və müasir tərzdə ifa edib. Bu klip sentyabr ayında tamaşaçılarının öhdəsinə buraxılacaq. Bundan da əlavə olaraq tezliklə Leylanın ifasında "Unut" adlı yeni mahnı dinləyəcəksiniz. Sözügedən mahnının sözləri Arzu Əsədova, musiqisi İsmayıl Əsədova məxsusdur. Leyla Ramazanlı ümid edir ki, yeni mahnısı onun yaradıcılığına uğur gətirəcək",-deyə Ceyhun fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB