Azərbaycan estradasının tanınmış müğənnisi Elariz Məmmədoğlu konsert verməməyinin səbəblərini açıqlayıb. Şou-biznes əhlinin pullu proyektlərə üstünlük verdiklərini dilə gətirib. SİA-ya açıqlama verən Elariz bəy ifaçıların konsert verən zaman ziyana düşdüyünü söyləyib: "Şou-biznes nümayəndələri haradan daha çox pul qazanırsa, ora da üstünlük verirlər. Konsert verəndə ifaçıların əksəriyyəti ziyana düşür. Ona görə də hazırda konsert verənlərin sayı azdır. Mən də buna görə konsert verməkdən çəkinirəm",-deyə Elariz Məmmədoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB