“Fatmagülün suçu nə?” bitdi-FOTOSESSİYA

“Fatmagülün suçu nə?” bitdi-FOTOSESSİYA

Saysız-hesabsız tamaşaçıların sevgisini qazanan, Kanal D-də yayımlanan "Fatmagülün suçu nə?" serialının son bölümü nümayiş olundu. SİA türk mətbuatına istinadən xəbər verir ki, vida seriyasında "Bu, son olsun" deyərək məhkəmə binasına gələn, düşmənlərinin gözünün içinə növbəti dəfə baxmağa məcbur olan Fatmagül çox əziyyət çəkdi. Çətinliklə keçən məhkəməyə son ümidlərini bağlayan Fatmagül yenidən onun taleyini korlayan insanlarla üz-üzə gəldi. Müttəhimlərin içərisində Müqəddəs, vəkil Münir və Rəşad Yaşaran da var idi.


"Fatmagülün suçu ne?" yaddaşlardan silinməyəcək və emosional bir seriya ilə tamaşaçıları ilə vidalaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə