Dünən Lider kanalında yayımlanan "Rəngarəng" verilişinin ən özəl gecəsi idi. Çünki həm "Rəngarəng"in, həm onu ərsəyə gətirən rejissor Aynurə Tahirqızının, eləcə də aparıcı Zaur Nəbioğlunun ad günü idi. SİA-nın xəbərinə görə, qonaqlar sırasında bir il ərzində verilişdə çəkilən tanınmış simalar olub. Əməkdar artist Elza Seyidcahan, Yaqub Zurufçu, əməkdar incəsənət xadimlərindən Baba Vəziroğlu, Şeyx Əbdül, Nailə Mirməmmədli, müğənnilərdən Rəhim Rəhimli, Samira Allahverdi, Kərim Abbasov, Zamiq Hüseynov, Nadir Qafarzadə, Manaf Ağayev, Roza Zərgərli, Elçin Cəfərov, Ayan Babakişiyeva, Zarina Məmmədova, Orxan Babazadə, Niyam Selami, Xatun, rəqqasə Fatimə Fətəliyeva, stilist Samir Əliyev, aparıcılardan Zabir Əliyev, Lamiyə Ələkbərova, Ramin İbrahimov, tarzən Humay Qədirova, DJ Cina və başqaları mərasimin əsas qonaqları olub.
Tədbir Zaurun hər zamankı kimi təqdimatı ilə başlayıb. Qırmızı xalça üzərindən keçən müğənnilər kameralara əl eliyərək məclisə daxil olublar.
Gecədə yadda qalan məqamlardan biri isə aparıcı Zabir Əliyevin və tarzan Humay Qədirovanın mahnı ifa etməsi olub. Rəqqasə Fatimə isə Kərim Abbasovun köməkliyi ilə bir neçə mahnı ifa etməyə çalışsa da səyi boşa çıxıb.
Tədbirdə daha yaddaqalan məqamlardan biri də Kərimlə Fatimənin rəqs etməsi olub. Onların oynadıqlarını görən stilist Samir Əliyev ortaya çıxaraq sözün əsl mənasında özünə əl qatıb. Gecə boyunca özünə məxsus şəkildə rəqs edən Samir ortadan çıxmaq bilməyib.
Ən yadda qalan hadisə isə üzərində "Rəngarəng" yazılan şarın partlaması olub.
Qeyd edək ki, mərasimin sonunda süfrəyə gətirilən və üzərində "Rəngarəng" yazılan tort gecəyə xüsusi gözəllik qatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB