Azərbaycanın tanınmış rep qrupu olan Klan A Plan qrupunun fəaliyyəti dayandırılır. SİA-ya məlumat verən qrupun meneceri Cavid bu məsələ haqda danışıb: "Bu gündən etibarən qrup solo çıxış edəcək. Sözügedən qrup sonuncu dəfə olaraq birlikdə "Türkün məsəli" trekini ərsəyə gətirib. Trekin musiqisi mərhum Ryderə, sözləri isə Klan A Plan qrupunun özünə məxsusdur".
Qeyd edək ki, Klan A Plan qrupu adı altında Ramil, Qurd, Boz fəaliyyət göstərirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB