Azərbaycanlı müğənni: “Xalq artistlərimiz toxunulmaz olsalar da.....”

Azərbaycan estradasının tanınmış müğənnisi Günel Ələkbərova özündən yaşca böyük həmkarlarına iradını bildirib. Hətta illərin ifaçılarının özlərini cavanlarla reklam etdirmək istədiklərini də xüsusilə vurğulayıb. SİA-ya açıqlama verən Günel xalq artistlərinin toxunulmaz olduqlarını dilə gətirib: "Bəzi yaşlı nəslin ifaçıları özlərini reklam etdirmək üçün cavanlarla qalmaqal yaradırlar. Reklam xatirinə dalaşmaq lazım deyil. Yaşlı nəslin qalmaqal yaratması düzgün deyil. Xalq artistlərimiz toxunulmaz olsalar da ancaq yenə də illərin ifaçıları onlara söz atır. Mənim fikrimcə, yaşlı nəslin qalmaqal yaratması kənardan gülünc görsənir".

Bütün xəbərlər Facebook səhifəmizdə