Azərbaycanlı prodüser Ceyhun Məhərrəmov və DJ Cina yeni layihə üzərində çalışır. SİA-ya bu haqda məlumat verən Ceyhun Cinayla gördükləri işdən danışdı: "Ən çox dinlənilən mahnıların sosial şəbəkələrdə yarışması olacaq. Sözügedən layihə Bakının möhtəşəm məkanlarının birində baş tutacaq. Yarış 10 gün davam edəcək. Ən çox bəyənilən müğənninin mahnısı DJ Cina tərəfindən pulsuz remix olunacaq. Qalib gələn ifaçının eyni zamanda pulsuz fotosessiyası ediləcək və diplomla təltif olunacaq. Daha çox səs toplayan mahnı yayın hiti olacaq. Əminliklə deyə bilərəm ki, sözügedən yarışda heç bir madiyyat güdülmür. İnanırıq ki, layihəmiz uğurlu olacaq",-deyə prodüser bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB