Keçmiş "Klan A Plan" qrupunun üzvü reper Qurd (Fərid) avtomobilini dəyişib. Bu haqda SİA-ya açıqlama verən reperin meneceri Cavid məlumat verib: "Qurdun aldığı avtomobil fərqlidir. 70-ci ildən bu tərəfə çox az dəyişən əzələli Amerika avtomobili Dodge Challenger reperi özünə heyran edib. Qventin Tarantinonun "monstr" saydığı bu məşhur amerikan avtomobilində Qurd istəməsə də görünəcək. Amma reper bu avtomobildən Tarantino qəhrəmanı kimi kaskadyorluq məqsədilə istifadə etməyəcək. Qurd üçün yeni avtomobili ritminin ifadəsi olacaq. Qırmızı rəng seçimini də reper bu rəngin super-aktivliyi ilə izah edir. Onu da söyləyim ki, Qurdun bu modeli seçməyi təsadüfi deyil. Dodge Challenger digər amerikan "əzələli" avtomobilləri - Chevrole Camaro və Ford Mustang kimi yüzlərlə filmin "qəhrəmanı"dır. Təkcə 100 filmdə "baş rolda"dır. Qventin Tarantino 2007-ci ildə "Ölümkeçirməz" filminin çəkilişi üçün bütün Amerikanı "ələk-vələk" edib seçimini bu avtomobildə saxlayır. Onun avto-ötüşçü qəhrəmanı məhz yüksək sürəti və Dodge Challenger-i ilə qızları yoldan çıxarır. Film boyu zərər görməyən avtomobili rejissor "Monstr!" adlandırır. Challenger-in kult avtomobilinə çevrilməsi isə 1971-ci ilə gedib çıxır. Sonda onu da qeyd edim ki, məhz bu ildə 1970-ci ilin modeli "İtən nöqtə" filminə çəkilərək şöhrət qazanmışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB