Əməkdar artist özündən çıxdı

Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov illər öncə ifa edən müğənnilərlə indiki dövrün ifaçılarını müqayisə etdi. Baloğlan bəy özlərini öyən şou-biznes əhlinə də öz ismarıclarını göndərdi. SİA-ya açıqlama verən müğənni pərda arxası məqamlardan söz açdı: "Biz keçmişdə az danışıb çox işləyirdik. Vətəndən kənarda kasetlərimiz çıxanda efirlərə çıxıb elan etmirdik. Nə də ki, heç bir müğənninin paltarından və libasının qiymətindən danışmırdıq. Pərdəarxası məqamlardan da heç kəsin xəbəri olmurdu. Yalnız kasetlərimizlə özümüzü tamaşaçılara sevdirirdik. İndiki müğənnilər yalnız qalmaqal edib şəxsi həyatlarında baş verən problemlərdən danışırlar. Ay cavanlar, bəsdir! İş görmək lazımdır. Bacarığınızı ortaya qoyub yaradıcılıq işləri ilə məşğul olun",-deyə əməkdar artist müraciət etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə