"Eurovision -2012" mahnı müsabiqəsində Rumıniyanı təmsil edən "Mandinga" qrupu yenidən Bakıya gəlib. SİA-nın məlumatına görə, bununla əlaqədar qrup mətbuat konfransı keçirib.
Tədbiri giriş sözü ilə açan qrup üzvlərindən biri Yelena Bakıya gəlişinin səbəblərindən danışıb: "\"Eurovision\" yarışından sonra vətənimizə qayıtdıq və orada yaradıcılıqla məşğul olduq, konsertlər verdik. Azərbaycan və onun sakinləri çox gözəldir. Bakıda olmağımızdan böyük zövq alırıq. Çünki buranın mətbəxi və adət-ənənəsi ilə tanış olduq. Azərbaycan yeməklərindən xeyli daddıq. Ən çox xoşumuza gələn isə qutab, ayran və kabab oldu. Bakıda cəmi 3 gün qalacağıq. Qaldığımız müddət ərzində yarımçıq qoyduğumuz klipi çəkəcəyik. Demək olar ki, klipin bir hissəsi İçərişəhərdə çəkilib".
Maraqlı məqamlardan biri də bu oldu ki, sən demə "Mandinga" qrupunun üzvləri azərbaycanlı müğənnilərdən yalnız Abbas Bağırovu tanıyırlar. "Mandinga"çılar onu da əlavə ediblər ki, Əzizə Mustafazədənin mahnılarını çox sevirlər.
Qeyd edək ki, qrupun Azərbaycana səfərinin məqsədi Azərbaycan və Rumıniyanın diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunmuş tədbirdə çıxış etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB