Rəhim Rəhimli təqdim etdi, Röya isə dəstəklədi - FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, dünən yaxtada müğənni Niyammədin Səlaminin iki klipinin təqdimatı keçirilib. SİA xəbər verir ki, mərasimdə yaşanan digər maraqlı məqamı müğənni Rəhim Rəhimli nümayiş etdi. Belə ki, o, tədbirdə iştirak edən gənc müğənni Fərid Merd ləqəbi ilə məşhurlaşmaq istəyən Fərid Məmmədovu hər kəsə təqdim etdi.


Media əhlinin toplaşmasından istifadə edən Rəhim müğənnini təqdim edərək onun ulduz olma ehtimalının hansı səviyyədə olduğunu öyrənmək məqsədi ilə qonaqlardan rəy öyrəndi. Hər kəs müsbət cavab verdi.


Özü bəstələdiyi ritmik mahnını ifa edən Fərid Röyanın da qəlbinə yol tapdı: "Oxuyursan ki, qız məni buraxdı, mən "çocuğam". Məncə bu boyda "çocuk" olmur. Bir də ki, fikrimcə, səni tapan çətin buraxar, elə yaxşı saxlayar ki. Sənə də bir məsləhətim, dayanmadan üzərində işlə. Çalışan və istedadlı gənclərə biz hər zaman dəstək oluruq"-deyə Röya bildirdi.


Fərid ifa edən zaman isə Rəhim Rəhimli ilə Zaur Nəbioğlu əsl "vur-çatlasın" edirdilər.

Baş verənləri isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə